Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində 2 avtomobilin toqquşması nəticəsində sərnişin Vilayət Balayev xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub. O, ağır vəziyyətdə reanimasiya şöbəsindədir.
Faktla bağlı araşdırma aparılır.