Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Seymur Əsədov rayon ərazisində yerləşən bərbər salonlarının birindən orada işləyən şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.