Nəsimi rayonunda abadlıq işləri davam edir. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar rayonun Bakıxanov küçəsi boyu parkda, yol kənarında mövcud yaşıllıq zolaqlarında 500-ə yaxın mövsümi gül-çiçəklər əkilib. Eyni zamanda abadlıq işləri aparılıb, ağaclara, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Abadlıq-quruculuq işləri rayonun müxtəlif ərazilərində davam etdiriləcək.