Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş İlyas Səlimov saxlanılıb.
O, mağazaların birində bir qadının çantasından 2500 manat pulu və mobil telefonu oğurlamaqda şübhəli bilinir. Əlavə olaraq, onun borclu qismində axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.