Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 20 kv.m olan 2 otaqlı telefon aksesuarlarının anbarı kimi istifadə olunan mənzilin 1 otağında 5 kv.m sahədə aksesuarlar və binanın dam örtüyü 10 kv.m sahədə yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.