Nəsimi rayonunun Möhsün Sənani, 106 ünvanında kişi döyülüb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Yayılan videogörüntülərə əsasən, gecə saatlarında 3-4 nəfər yaşlı kişi ilə mübahisə edib. Daha sonra onlar kişini amansızlıqla döyməyə başlayıblar. Qonşulardan biri müdaxilə etməyə çalışsa da, o, tərəfləri sakitləşdirməyə nail ola bilməyib.
Nəticədə əraziyə polis əməkdaşları cəlb olunublar. Vətəndaş Elmir Əlizadəni döyən Bakı sakini, 39 yaşlı Valeh Rəhmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/07/yasli_2.mp4"][/video]