Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən məlumat verir.
Hadisə qəsəbədə yerləşən qum karxanasında qeydə alınıb. Martın 26-da 46 yaşlı Ədalət Hüseynov yük qaldırıcı avtomobillə beton lövhə arasında qalıb. O, yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.