Bakıda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs tutulub. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Neftçala rayon sakini Araz Abdullayev “Jiquli” markalı avtomobillə Qaradağ rayonu ərazisində yerləşən stasionar postda saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Həmçinin sürücünün narkotik təsiri altında olduğu da müəyyən edilib.
A.Abdullayev 30 gün müddətində inzibati qaydada həbs edilib.