Martın 6-da saat 12:00 radələrində Binəqədi rayonu ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Daş Bazarı Dairəsində manevr qaydalarını pozan “Audi” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bakı sakini İlyas Elyazovun narkotik vasitə qəbul etməsi müəyyən edildikdən sonra ona qarşı protokol tərtib olunub.
Binəqədi rayon məhkəməsinin qərarı ilə Elyazov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 8 gün müddətinə inzibati qaydada həbs olunub.