Bakının Binəqədi rayonunda itkin düşən 17 yaşlı oğlan tapılıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
İtkin düşən Əli Abdulrəhmanlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə qaytarılıb.
Adıçəkilən rayonun sakini, 17 yaşlı Əli Abdulrəhmanlı “Neftçi”nin oyununa baxmaq adı ilə evdən çıxaraq itkin düşüb. Bununla bağlı şəxsin yaxınları polisə müraciət ediblər.