Neftçilər prospektində qəza baş verib. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Apa.az-a istinadən xəbər verir.
Burada eyni istiqamətdə hərəkət edən “Seat” markalı nəqliyyat vasitəsi “Honda” markalı avtomobilə çarpılıb. Zərbənin təsirindən “Seat” əks istiqamətə çevrilib. “Honda”da olan bir nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.