Paytaxtın Nizami rayonunda yerləşən Ağciyər Xəstəlikləri İnstitutunda insident baş verib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
27 yaşlı R.Əsədov xəstəxanaya gələrək orada müalicə alan qardaşına baş çəkmək istəyib. Tibb müəssisəsinin əməkdaşları isə onu palataya keçməyə qoymayıblar. R.Əsədov buna cavab olaraq mühafizəçiyə bıçaqla hücum edib və qardaşının yanına buraxılmasını tələb edib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunaraq R.Əsədovu 15 sutkalıq həbs ediblər.