Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində piyadanın iştirakı ilə avtoqəza baş verib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Alməmməd Aşirov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən naməlum şəxsi vurub. Nəticədə piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir.