Paytaxtın Nizami rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 25 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Hyundai” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.
FHN-nin əməkdaşları yanğını söndürüblər. Təfərrüatlar araşdırılır.