Bakının Nizami rayonunda vətəndaşın bank kartından 670 manat oğurlanıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bununla bağlı zərərçəkmiş şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.