Bakıda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanlar var. Hadisə Nizami rayonunda baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 7 aprel tarixində xəbər verir.
Rayon ərazisində əsas yol olan Rüstəm Rüstəmov küçəsində hərəkətdə olan “Hyundai” markalı avtomobil Məhsəti Gəncəvi küçəsindəki yol nişanının tələbini pozaraq yol ayrıcına çıxan “Toyota” markalı avtomobil ilə toqquşub.
Qəza nəticəsində “Toyota”-da olan bir nəfər xəsarət alıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.