Bakıda restoranda qardaşlar dava salıblar, xəsarət alan var. Bu haqda 10 oktyabr tarixində Report məlumat verib.
Nizami rayonu, "Şuşa qalası" restoranında oktyabrın 6-da Təbriz Məmmədov qardaşı Nicat Məmmədovla birlikdə restoranda dava zamanı Sirac Mustafayevə yumruq və təpiklə xəsarətlər yetiriblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanılıb.