Bakıda məktəbdən oğurluq edən paytaxt sakini saxlanılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 11 noyabr tarixində xəbər verir.
Noyabrın 8-də Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən tam orta məktəbin informatika otağından 4 ədəd notbuk oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif Rzayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.