Mingəçevir şəhər sakini Bakıda oğurluğa görə saxlanılıb. Bu haqda BakuPlus.az bu gün, 1 oktyabr tarixində xəbər verir.
Nizami rayonu ərazisindəki bazarda qadının çantasından içərisində 220 manat pul və sənədləri olan, digər qadının isə içərisində 500 manat pulu olan pulqabılarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İvər Ələkbərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.