Bakıda polis daha bir oğrunu yaxalayıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 24 oktyabr tarixində xəbər verir.
Nizami rayonu, Q.Qarayev prospektində yerləşən kafelərin birində oradakı işçinin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Bakir Nuriyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.