Paytaxtın Nizami rayonunda piyadanı avtomobil vurub. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
26 yaşlı İbrahim İbrahimov avtomobil yolunu keçmək istəyən zaman onu nəqliyyat vasitəsi vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.