Bakıda sevgilisindən ayrılan gənc həyatına qəsd edib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Nizami rayonunda gəncin hansı səbəbdən özünü binanın 17-ci mərtəbəsindən atması məlum olub. 27 yaşlı Mirabdulla Babayev sevgilisindən ayrıldığına görə həyatına son qoyub. Son zamanlar onun sevgi münasibətlərində gərginlik olub.
Mirabdullanın məhz bu səbəbdən özünü öldürməsi ehtimal olunur.
İntiharın dəqiq səbəbləri Nizami rayon Prokurorluğunda araşdırılır.