Paytaxtın Nizami rayonunda vətəndaşa zor tətbiq edərək ona qarşı soyğunçuluq ediblər. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş paytaxt sakini A.Musayev həmyerlisi F.Musayevə zor tətbiq edərək onun pulunu oğurlayıb. Şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.