Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, B.Nuriyev küçəsindəki mənzillərin birinin qarşısından 300 manat dəyərində velosiped oğurlanıb.
Polis əməkdaşları keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən V.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.