Nizami rayonunda soyğunçuluqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Məmixan Məmmədov, Sadiq Əzizov və daha 2 qadın rayon ərazisində 1 nəfərin 1100 AZN pulunu və qol saatını talamaqda şübhəli bilinərək tutulublar.
Onlar barəsində araşdırmalar davam edir.