Nizami rayonunda motosiklet sürücüsü avtoxuliqanlıq üstündə saxlanılıb. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Elçin Sadıxov 99-G-236 nömrəli “Minsk” markalı motosikletlə hərəkətdə olan zaman polisin “saxla” əmrinə məhəl qoymayıb və yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Məhkəmənin qərarına əsasən, E.Sadıxovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.