Nizami rayonunda yerləşən yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli binanın 5-ci mərtəbəsindəki pilləkən qəfəsində baş verib. Nəticədə mərtəbədə quraşdırılan elektrik lövhəsi yanıb. Mənzillərə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.