Bakıda həkim-onkoloq öz arvadını döyüb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Hadisə Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib. Tanınmış həkim-onkoloq İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə baş verib. Daha sonra onkoloq qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədlini döyüb.
Zorakılığa məruz qalan Aynur Əsədli rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edib. Artıq iş üzrə araşdırma aparılır.
Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.