Metronun “Neftçilər” stansiyası yaxınlığında yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, alışma Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən ticarət obyektinin arxasındakı köməkçi tikilidə qeydə alınıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.