Novxanı qəsəbəsində gənc oğlan bıçaqlanıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 4 noyabr tarixində xəbər verir.
Qəsəbə ərazisindəki hotellərdən birinin qarşısında 24 yaşlı Bayram Əliquliyev naməlum şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.