Binəqədi rayonu, Novxanı–Pirşağı yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Mübariz Qarayev idarə etdiyi “Hyundai” markalı yük avtomobili və Mahir Allahverdiyevin sükanı arxasında olduğu “Kia Sorento” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə sonuncunun sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.