Bakıda internet provayderlərinə ziyan vuran şəxslər tutulublar. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə Nərimanov rayonu ərazisində bir neçə provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarını oğurlamaqda şübhəli bilinirlər.
Araşdırma zamanı onların Bakı şəhəri ərazisində ümumilikdə 100-ə yaxın internetpaylayıcı blokun enerji daşıyıcısını oğurladıqları məlum olub. Onlar həmin blokları əlvan metal qəbulu məntəqələrinə apararaq satıblar.
Araşdırmalar davam edir.