Bakıda axtarışda olan şəxs saxlanılıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə axtarışda olan Amin Bəkirov saxlanılıb.
Araşdırmalarla onun Nəsimi rayonu ərazisində mağazaların birindən 470 manat pul, 2140 manat dəyərində spirtli içki və tütün məmulatı oğurladığı müəyyən edilib.