28 noyabr tarixində Bakıda təcili tibbi yardımın sürücüsü oğurluq edib. Hadisə barədə videogörüntüləri Oxu.az 2 dekabr tarixində paylaşıb.
Səhər saat 05:00 radələrində Xətai rayonunun Əhmədli qəsəbəsindəki binaların birinə çağırışa gələn təcili tibbi yardımın sürücüsü uşaq arabasının bəzi hissələrini oğurlayıb.
Sürücünün törətdiyi əməlin görüntüləri binanın daxilindəki kameralara düşüb.