Paytaxtın Səbail rayonu, Ə.Əlizadə küçəsində yerləşən “Otto” gecə klubunda oğurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 7 noyabr tarixində Kriminalqafqaz məlumat verib.
Azərbaycana turist kimi gələn 31 yaşlı Luqman Nazar Çatana məxsus 400 manat dəyəri olan telefon masanın üzərindən oğurlanıb.
Aparılan tədbirlər nəticəsində telefonu oğurlamaqda şübhəli bilinən 27 yaşlı H.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.