“Papanin” və “Kubinka”da narkotik satan daha 8 nəfər saxlanılıb. Bu haqda 29 sentyabr tarixində APA məlumat verib.
Nəsimi rayonu, “Papanin”, “Kubinka” kimi tanınan ərazilərdə, eləcə də Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb. Saxlanılanlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_72029" align="alignnone" width="640"]
Foto DİN-in rəsmi Youtube kanalı[/caption]