Bakının mərkəzində 10 nəfər narkotik alverçisi saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
Ötən gecə Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində keçirilən əməliyyatlar nəticəsində 10 nəfər saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən həmin şəxslərdə ümumilikdə 3 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_70582" align="alignnone" width="640"]
Foto Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəsmi Youtube kanalı[/caption]