Nərimanov adına Tibb Mərkəzinin yanıq mərkəzində müalicə alan 21 yaşlı Toğrul Əliyev 13 oktyabr gecə saatlarında dünyasını dəyişib. Bu haqda 14 oktyabr tarixində APA məlumat verib.
Əliyev 9 oktyabr tarixində Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alıb.
Pasiyent xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Ona bədənin 90-95%-nin yanığı və tənəffüs yollarının III-IV dərəcəli termiki yanığı diaqnozu qoyulub.