Bakı həbsxanasında ölüm hadisəsi baş verib. Bu haqda bu gün 9 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin birində cəza çəkən Əhməd Məstanov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
O, xəstə yatağında olan ahıl qadının qızıllarını oğurladığına görə həbs edilmişdi.