Bakıda sərnişin avtobusu qəza törədib. Bu haqda BakuPlus.az bu gün, 29 aprel tarixində xəbər verir.
Yasamal rayonu ərazisində, Bakıxanov və Cəfər Cabbarlı küçələrinin kəsişməsində 37 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu “Mercedes” markalı avtomobil ilə toqquşub.
Yaralıların olub-olmaması barədə məlumat yoxdur. Nəqliyyat vasitələrinə ziyan dəyib.
Qəza həmin yolda sıxlığın yaranmasına səbəb olub.