Paytaxt ərazisində 2 avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, Binəqədi rayonunda “Toyota Prius” markalı avtomobil qaçırılıb. Keçirilən tədbirlər nəticəsində “Prius” Nəsimi rayonunda tapılıb.
Digər əməliyyat nəticəsində isə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd Ələkbərov “Mercedes” markalı avtomobili idarə edərkən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, həmin avtomobil də onun tərəfindən Nərimanov rayonu ərazisindən qaçırılaraq oğurlanıb.
Araşdırmalar davam edir.