Bakıda vətəndaşın kartından pul oğurlanıb. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
“Toyota” markalı avtomobildə olan qadın sərnişin sürücünün telefonunu danışmaq adı ilə götürərək sonuncunun bank kartından 2300 manat oğurlamaqda şübhəli bilinir. Keçirilən tədbirlər nəticəsində həmin qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.