Binəqədi rayonu, Xocəsən qəsəbəsində baş verən qəza nəticəsində 1 nəfər dünyasını dəyişib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Maqsud Ramazanov yolu keçən zaman minik avtomobili onu vurub. 52 yaşlı kişi yerindəcə ölüb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi Rayon Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Qəzanı törədən sürücü saxlanılıb.