Bakıda soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 6-da bir nəfərin çantasından 198 manat pulu soyğunçuluq yolu ilə talanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Qəniyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.