Bakıda yerləşən avtomobil təmir sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan avtomobil təmiri sexinin taxta atmaları və içərisinə yığılan avadanlıqlar 20 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşalrı cəlb olunublar. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.