Paytaxtın iki şosesində yol qəzaları baş verib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Hadisələr Bakı–Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında və Hava Limanı şosesi, “Buta Palace”ın yaxınlığında qeydə alınıb. Hər iki ərazidə iki avtomobil toqquşub. Nəticədə metronun “20 Yanvar” stansiyası və Aeroport istiqamətlərində sıxlıq yaranıb.
[caption id="attachment_132247" align="alignnone" width="640"]
Foto NİİM[/caption]