Bakı sakini Kürdəmir rayonunda qəzaya uğrayıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. 48 yaşlı Bakı şəhər sakini Yasin Quliyevin idarə etdiyi “Kia” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olan zaman “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü, 33 yaşlı Lerik sakini İlkin Suvarov və “Kia”da olan qadın sərnişin xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.