Bakıda Milli Olimpiya Stadionunun yaxınlığında baş vermiş yol qəzasını törədən şəxsin qadın olduğu məlum olub. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Heydər Əliyev prospektində Bakı şəhər sakini P.Nəsirəddinova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Qəriyfə Məmmədovanı vurub. Piyada "Hyundai" markalı digər avtomobilin qarşısına yıxılıb. Nəticədə o, yerindəcə keçinib.
Fakla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.