Nəsimi rayonunda 2 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) isitnadən xəbər verir.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində paytaxt ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev saxlanılıblar.
Baxış zamanı onlarda 2 kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.