Bakının Suraxanı rayonunda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Report.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 30 yaşlı Rzayev Rövşən Abdulla oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.